Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır.


Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.






Qurumun məlumatına görə, boğazdan keçən gəmilərin əsas hissəsini tankerlər təşkil edir. Bildirilib ki, iyulun 26-dan etibarən UKMTO-ya daxil olan mərmi atəşləri ilə bağlı 43 insidentdən 26-sı Oman sahilləri yaxınlığındakı cənub marşrutunda qeydə alınıb.


Bu arada İranın Hörmüz boğazına nəzarət idarəsi (PGSA) boğazın akvatoriyasında icazəsiz marşrutlarla hərəkət edən gəmilərin ciddi məhdudiyyətlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.


Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı planını rədd etdiyini bildirib. Daha sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts prezidentin bu qərarını İran tərəfinə etimadın olmaması ilə izah edib.