Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
01 Oct 2026, 10:58 24 baxış 1 dəq oxuma
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir.
Moderator.az xəbər verir ki, Bakıda, VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) çərçivəsində baş tutan tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.
İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılacaq, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək.
Qeyd edək ki, TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il İstanbul şəhərində "IDEF 2025" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilib.