“Hələ də yaradıcılıqla məşğulam. Artıq 87 yaşım var. Aranjimanından tutmuş səsyazmasına qədər bacarıram. Özümün şəxsi otağım var. Beyni çevik saxlamaqdan ötrü insan gərək sənətlə məşğul olsun. Bu zaman həm yaddaşın iti olur, həm də sənəti daha dərindən qavrayırsan”.
 




Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi Rafiq Seyidzadə deyib.


O daha sonra müəllim kimi fəaliyyət göstərməməyini belə izah edib:
 
“Pedaqoji fəaliyyətlə çoxdan məşğul olmuram. Bəlkə də 30-40 ildir. Müəllimlik fəaliyyətimə xitam vermişəm. Səbəbi də bu idi ki, tələbələr məni əsəbləşdirirdi. Onlara artıq dərs deyə bilmirdim. Müəllimlik adamı qocaldır. Natavan xanım professordur. Bakı Musiqi Akademiyasında dərs deyir, onun tələbələrinin əksəriyyəti Xalq və Əməkdar artistlərdir. Əskəriyyəti Akademik Musiqili Teatrda və Akademik Opera və Balet Teatrında çalışır. Biz o dövrün insanlarıyıq ki, Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Niyazi və s. bütün bəstəkarlarla evimizdə çörək kəsmişik, dostluq etmişik. Biz o nəsildənik. İndi onlar gediblər, biz yaşayırıq”.