"O olmasın, bu olsun" filmi ilə bağlı maraqlı məqam ortaya çıxıb. Belə ki, filmdə toy səhnəsində xanəndənin ifa etdiyi qaval tapılıb.
 




Qavalın fotolarını Moderator.az-a görkəmli sənətkar Dərdayıl Aydəmirovun ömür-gün yoldaşı Nazilə Dərdayıl təqdim edib. O saytımıza açıqlamasında bildirib ki, həmin filmdə toy səhnəsində qavalla ifa edən Əminağa Qasımovdur. O Maştağada müğənni kimi fəaliyyət göstərib və Dərdayıl Aydəmirovun əmisi olub. Qavalı da illər öncə onun xanımı bu ailəyə hədiyyə edib. 

Filmin çəkilişlərindən 70 il ötür. Ümumilikdə isə qavalın 100-dən çox yaşı var. 
 
Qeyd edək ki, "O olmasın, bu olsun" Azərbaycanın ilk rəngli filmidir.