Bu gün Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.


Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "X" hesabında paylaşım edib.






 



 


"Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü bu gün Azərbaycanın Şuşa şəhərində keçirilir.


Üçtərəfli görüşdən əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Azərbaycanın müdafiə naziri general Zakir Həsənov arasında ikitərəfli görüş baş tutub", - deyə paylaşımda bildirilib.