Nigeriyanın cənub-qərbində göyərtəsində 32 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.


Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın aviasiya naziri Festus Keyamo bildirib.






Helikopter 25 sərnişin və 7 heyət üzvü daşıyırdı.


Nazirin sözlərinə görə, Ondo ştatının İgbokoda ərazisindəki hərbi dəniz bazası yaxınlığında düşən helikopterin qalıqları aşkarlanıb.


Axtarış-xilasetmə əməliyyatı davam edir.