Raul Səfərov: “Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı bunu bir daha sübut etdi”
“Silahlı Qüvvələrimizin peşəkarlığının yüksəldilməsi, hərbi qüdrətimizin mütəmadi şəkildə artıılması bundan sonra da prioritet məsələ olaraq qalacaq”.
Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov bildirib. Ekspert qeyd edib ki, dövlər başçısının 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbayan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı dövlətimizin müdafiə və təhlükəsizlik faktorunu bundan sonra da bir nömrəli məsələ kimi diqqət məkəzində saxlayacağını göstərir:
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı yalnız ölkəmizdə deyil, bütün dünyada böyük marağa səbəb olub. Cənab Prezident sözügedən çıxışında bir sıra məsələlərə toxundu ki, bunlardan da biri sülh və təhlükəsizlik məsələsi oldu.
Hazırda xalqımızın sülh və təhlükəsizlik şəraitində yaşadığına diqqət çəkən dövlət başçısı, hərbi baxımdan daim güclü olmağın önəmini vurğuladı. Dövlət başçısı bildirdi ki, beynəlxalq hüququn sıradan çıxdığı bir zamanda güc faktoru ikiqat əhəmiyyət kəsb edir və dövlətlərin təhlükəsizliyi bu amildən bilavasitə asılıdır. Buna görə də Müzəffər Ali Baş Komandan qeyd etdi ki, “biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək”. Bu isə o deməkdir ki, dövlətimiz müdafiə və təhlükəsizlik məsələsinə yaxın gələcəkdə də xüsusi həssaslıqla yanaşacaq”.
Ekspert qeyd edib ki, Prezidentin məlum çıxışı hər bir Azərbaycan vətəndaşı qarşısında ciddi öhdəliklər qoyur:
“Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışı dövlətimizin risk və təhdidlərə qarşı mövcud siyasətinə bir kəs daha aydınlıq gətirməklə yanaşı, hər bir Azərbaycan vətəndaşı qarşısında da ciddi öhdəliklər qoyur. Bu öhdəliklərdən biri milli maraqlarımızı bütün müstəvilərdə qorumaq, Azərbaycanın mənafeyinə daim sədaqətli olmaq, anti-Azərbaycan qüvvələrinin ifşsında yaxından iştirak etmək, Prezidentimizin və dövlətimizin ətrafında sıx birləşməkdə davam etməkdir. Unutmaq olmaz ki, milli həmrəylk, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşmək bizi bütün təhlükələrdən qoruya biləcək yeganə vasitədir. Odur ki, biz birlyimizi bundan sonra da qoruyub saxlamalı, daha da gücləndirməli və hərbi təxribata qətiyyətlə cavab verməyə hazır olmalıyıq”.
Seymur ƏLİYEV