“Şəfiqə xanıma bir aktrisa kimi çox böyük hörmətim var. Özü də onun oynadığı obrazları çox sevirəm və izləyirəm. Bir aktrisa kimi o çox qüvvətlidir, güclüdür. Səhv etmirəmsə 80 yaşı var. Gərək bu yaşda da səviyyəsini saxlayardı. Kinematoqrafçılar İttifaqına gənc kadr lazım idi. İşləməyə enerji lazımdır, ora-bura qaçmaq lazımdır. Bu işin öhdəsindən gələn adam lazımdır. Mən onun yerinə olsaydım sədr seçilməzdim, səviyyəmi, çəkimi saxlayardım. Şəfiqə xanım, hamı sənə hörmətlə yanaşır, aktrisa kimi sevilirsən. Bundan sonra sənə bu lazımdır?”
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib.

O daha sonra əlavə edib:
 
“Filmə çəkiləndə atamla heç vaxt qarşıdurması, problemi olmayıb. Aralarında hər zaman “salam, sağol”, hörmət olub. Harada görüşüblərsə bir-birini danışdırıblar. Amma təəssüflər olsun ki, atamın xatirəsini heç vaxt yad etməyib. Buna görə bir az incik düşmüşəm. Sonra gördüm ki, o tək bizə qarşı belə deyil, ümumiyyətlə xasiyyəti budur. Atamın xatirəsini birinci o yad etməli idi, amma əfsuslar olsun ki, bunu ondan gözlədim, amma etmədi. Qəlb qırmağa nə var ki? Vəzifədə olan insana da, fəhlə olana da eyni gözlə baxmaq lazımdır. İnsanlar arasında ayrı-seçkilik salmağa ehtiyac yoxdur” deyə sənətkarın qızı deyib.