“Zeynəb Xanlarova hələ ki, İstanbuldadır. Bilirsiniz ki, bu il sənətkarın 90 illik yubileyidir. Yeni il qabağı hər il AZTV-də çəkilişi olur. Hələ ki, nə yubiley konsertinin, nə də ki, digər çəkiliş konsertinin məşqləri başlamayıb. Ayın sonunda yəqin ki, məşqlərin dəqiq tarixi bilinəcək. Zeynəb Xanlarovanın yubileyi də dövlət səviyyəsində qeyd olunacaq. O türk dünyasının fəxridir. Başqa cür ola da bilməz. Xüsusi repertuarla çıxış edəcək”.
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Sadıq Zərbəliyev deyib.

O daha sonra əlavə edib:
 
“Zeynəb Xanlarova həmişə deyir ki, “Sadıq qoşanağaranı ifa etməsə, mən oxumağa əziyyət çəkirəm”. Aftandil İsrafilov, Vəli Qədimov da Zeynəb xanımın ansamblında ifa ediblər. Təəssüflər olsun ki, o sənətkarların hər ikisi rəhmətə gedib. Zeynəb xanım o sənətkarların da xətrini çox istəyirdi. Zeynəb xanımı müşayiət etmək böyük məsuliyyətdir. Ondan başqa heç bir müğənnini, sənətkarı müşayiət etmirəm. 40 ildir ki, onun ansamblındadır. Zeynəb xanımdan başqa sənətkar var ki?! Zeynəb elə Zeynəbdir”.