Bu gün- 7 oktyabr 2026-cı ildə  Rusiya prezidenti Vladimir Putinin 74-cü doğum günüdür.
 




Bəs faktiki 12 ildir öz qonşusu, özü də ruslarla eyni- slavyan mənşəli xalqın qurduğu Ukrayna dövlətinə qarşı amansız içğalçı savaş aparan, bu gün də paytaxt Kiyev və digər iri şəhərlərdəki yaşayış binalarını raket və dron atəşinə tutaraq din insanların qətlinə səbəb olan bir dövlətin başçısını ilk olaraq hansı ölkə liderləri təbrik edib.
 
Moderator.az Rusiya və digər xarici mənbələrə istinadla xəbər verir ki,  hazırda açıq mənbələrdə xarici dövlət başçıları arasında onun doğum günü münasibətilə təbrik etdiyi təsdiqlənənlər 4 totalitar və avtoritar ölkə başçısıdır:
 
Si Cinpin — Çin prezidenti. Təbrik teleqramı 6 oktyabrda göndərilib. Rusiya rəsmiləri və mediası təsdiqləyib. 
 
Aleksandr Lukaşenko — Belarus prezidenti. Təbriki 7 oktyabrda yerli KİV-də açıqlanıb. 
 
Kim Çen In — Şimali Koreya lideri. Təbrik teleqramı Koreya mərkəzi teleqraf agentliyi tərəfindən yayımlanıb. 
 
Serdar Berdiməhəmmədov — Türkmənistan prezidenti. Təbrik teleqramı 7 oktyabrda  yerki KİV-də yayımlanıb. 
 
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, başqa xarici liderlərdən də çoxsaylı yazılı təbriklər daxil olub, lakin onların hamısının adları hələ açıqlanmayıb. Həmçinin Putin bu gün bir sıra xarici liderlərlə telefon danışıqları keçirəcək və həmin kontaktların doğum günü münasibətilə olacağı bildirilib.
 
S.Laçın