Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya nümayəndələrinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə hər hansı bir kontaktının olmadığını bəyan edib.
 




Moderator.az xəbər verir ki, Kremlin rəsmisi jurnalistlərə açıqlamasında Rusiya və ABŞ arasında keçirilən pərdəarxası danışıqlar və gündəlikdə duran əsas məsələlər barədə vacib detalları bölüşüb.
 
Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında növbəti görüş bu gün günün birinci yarısında Sankt-Peterburqda baş tutacaq. Kremlin köməkçisi bu görüşün bir neçə gün əvvəl razılaşdırıldığını və müzakirələrdə Rusiya Doğrudan İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin də iştirak edəcəyini vurğulayıb.
 
Görüşün əsas müzakirə mövzularından birinin Ukrayna münaqişəsinin nizamlanması olacağını deyən Uşakov, ABŞ nümayəndə heyətinin tərkibindəki dəyişikliyə də toxunub. O, Cared Kuşnerin səhhətində yaranan problem səbəbindən xəstələndiyini və Rusiyaya nəzərdə tutulan səfərdən çəkindiyini, bu barədə Moskvanın əvvəlcədən məlumatlandırıldığını diqqətə çatdırıb.