Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib.
 




Moderator.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib.
 
Kollegiyanın sədri
 
Müdafiə sənayesi naziri
 
Kollegiyanın üzvləri:
 
Müdafiə sənayesi nazirinin müavinləri
 
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri
 
Müdafiə Sənayesi Nazirliyi Aparatının Hüquq şöbəsinin müdiri
 
Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
 
Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri
 
Müdafiə Sənayesi Nazirliyi Aparatının Sənayenin tənzimlənməsi şöbəsinin müdiri
 
Müdafiə Sənayesi Nazirliyi Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri
 
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri.