Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Moderator.az xəbər verir ki, gecə saatlarında aktrisa təcili tibbi yardıma müraciət edib. Gələn həkimlər onu xəstəxanaya aparmalı olublar.
Məlumata əsasən, sənətçinin xəstəxanaya yerləşdirilməsi yüksək təzyiqlə bağlıdır.