Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu adını qazanıb.
Qeyd edək ki, bu gün Azərbaycanın digər güləşçisi Sənan Süleymanov da final görüşünə çıxacaq. 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi moldovalı Aleksandrin Qutu olacaq.