Türkiyəli aktyor Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur Topugil ilə ailə qurub.


66 yaşlı aktyorun bir müddət əvvəl yaxınlarının iştirakı ilə sadə mərasimlə nikah masasına oturduğu məlum olub.






Güven Kıraç ötən günlərdə “Uçurtmanın Kuyruğu” tamaşasının qala gecəsinə xanımı ilə qatılıb.


Qeyd edək ki, aktyor sonuncu dəfə “İnci taneleri” serialında rol alıb. (Axşam.az)