İran hökuməti ölkənin hava məkanında uçuş qadağasını 22 mart tarixinə qədər uzadıb.
 




Moderator.az xəbər verir ki, İranın hava məkanı 22 mart bazar günü təxminən saat 8:30-a qədər bağlı olacaq.
 
Məlumata görə, dövlət, hərbi və tibbi təyyarələrin uçuşları, eləcə də mülki aviasiya orqanının ayrıca icazələri əsasında həyata keçirilən axtarış-xilasetmə uçuşları üçün istisnalar ola bilər.
 
Xatırladaq ki,uçuş qadağası bu gün səhər saatlaırna qədər uzadılmışdı. ABŞ və İsrail hərbi əməliyyat başlatdıqdan sonra İranın hava məkanı 28 fevral səhəri bağlanıb.