Ermənistanda yeni hərbi təlimlər nəzərdə tutulmayıb.


Moderator.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.






O xatırladıb ki, ötən il İranla birgə təlimlər həyata keçirilib:

"Biz öz ərazimizdə, İran isə öz ərazisindədir. Hazırda məhdudiyyət yoxdur, lakin yeni təlimlər də nəzərdə tutulmayıb".


Nazir həmçinin müttəfiqlərlə əlaqələr barədə sualı cavablandıraraq qeyd edib:

"Əlaqələrimiz açıq və şəffafdır. Lakin hərbi baxımdan əsas ümidimizi öz gücümüzə, iqtisadiyyatımıza və ordumuza bağlayırıq".


 


(Teleqraf)