İranda etirazlar başlayandan bəri ölənlərin sayı 3 minə çatıb.


Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.






"SEPAH etirazları yatırmaq üçün odlu silahdan istifadə edib və morqlar meyitlə doludur" , - məlumatda qeyd olunub.


Bildirilib ki, bəzi meyitlərin şəxsiyyəti müəyyənləşdirilməyib. Proses həmin şəxslərin yaxınlarının morqlara dəvətindən sonra aparılacaq. SEPAH isə etirazlarda öldürülənlərin terrorçu olduğunu iddia edir.