"Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges gələcəkdə ABŞ-yə səfər etmək niyyətindədir".
 




Moderator.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib və qeyd edib ki, o da öz növbəsində Venesuelaya səfər etməyi planlaşdırır.
 
"İnanıram ki, o, nə vaxtsa ABŞ-yə gələcək və mən də onların ölkəsinə gedəcəyəm", - deyə o bildirib və əlavə edib ki, Rodrigeslə işgüzar münasibətlər qurmaq çox yaxşıdır.
 
Ağ Ev rəhbəri bu planların qısamüddətli olmadığını açıq şəkildə bildirib.