ABŞ Kubadan milli təhlükəsizliyə təhdid olduğunu əsas gətirərək, fövqəladə vəziyyət elan edib.
 




Moderator.az xəbər verir ki, Ağ Ev ölkə rəhbəri Donald Trampın müvafiq sərəncamını yayıb.
 
"Kuba ilə bağlı vəziyyətin ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid olduğunu düşünürəm. Bu təhdidə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm", - Trampın icra sərəncamının mətnində bildirilib.
 
ABŞ lideri "Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla çoxsaylı düşmən ölkələrlə, eləcə də transmilli terrorçu qruplar və ABŞ-yə düşmən olan pis niyyətli subyektlərlə əməkdaşlıq edir" - deyə vurğulayıb.
 
"Kubaya birbaşa və ya dolayı yolla neft satan və ya başqa şəkildə tədarük edən ölkələrin məhsullarına əlavə advalor rüsum tətbiqi təklif olunur", - deyə ABŞ liderinin sərəncamında bildirilib.
 
Sənəddə ABŞ Ticarət Nazirliyinə Kubaya neft tədarük edə biləcək ölkələri müəyyənləşdirmək tapşırılıb:
 
"Əgər Kuba və ya bu sərəncamın əhatə dairəsinə daxil olan başqa bir ölkə elan edilən milli fövqəladə vəziyyətin həlli üçün əhəmiyyətli addımlar atsa, ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət səylərini kifayət qədər dəstəkləsə, mən bu qərarı dəyişdirə bilərəm".