Rafah sərhəd-keçid məntəqəsi fevralın 1-də hər iki istiqamətdə açılacaq.


Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.








“Qəzza zolağına giriş-çıxışa Rafah sərhəd-keçid məntəqəsi vasitəsilə və Misirlə koordinasiyalı icazə veriləcək. İsrail Rafahdan keçəcək şəxsləri təhlükəsizlik yoxlanışından keçirəcək, bu, Avropa İttifaqı missiyasının nəzarəti altında olacaq”, - MN-dən bildirilib.


Qeyd edək ki, Misir sərhədində yerləşən Rafah sərhəd-keçid məntəqəsi Qəzza zolağına humanitar yardımların çatdırılması üçün böyük əhəmiyyət daşıyır.