Kuba sahillərində 5,5 maqnitudalı zəlzələ olub.


Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Zəlzələnin ocağı Quantanamo şəhərindən 90 km şərqdə, 15 km dərinlikdə yerləşib.


Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.