ABŞ hərbçiləri Hind okeanında xam neft daşıyan sanksiya altındakı tankeri ələ keçirib.


Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun “X” hesabında bildirilib.








Pentaqonun məlumatına görə, gəmi ABŞ-ın sanksiya rejimini pozaraq fəaliyyət göstərib.


Açıqlamada deyilir ki, ABŞ hərbçiləri “Aquila II” gəmisini ələ keçirib. Bu əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında aparılıb.