Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada torpaq sürüşməsi nəticəsində 10-dan çox insan həlak olub.



Moderator.az xəbər verir kio, bu barədə "Actualite" portalı məlumat yayıb.






Məlumata görə, uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil edildiyi şaxtada torpaq sürüşməsi baş verib.



Hadisə nəticəsində azı 11 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.



Faciə fevralın 7-nə keçən gecə baş versə də, bu barədə məlumat yalnız indi yayılıb.