Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə sentyabrın 9-da qeydə alınıb.
 
İlham Sərdar oğlu Zeynalov idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Muxtar qızı Məmmədovanı ehtiyatsızlıqdan vurub.
 
Xəsarət alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.
 
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.