Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
 




Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.
 
Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədovu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
 
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.
 
Faktla bağlı araşdırma aparılır.