"Gəncə" klubu Azərbaycan millisinin üzvü Ülkər Kərimova ilə müqavilə imzalayıb
12 Sep 2026, 11:30 31 baxış 1 dəq oxuma
"Gəncə" voleybol klubu Azərbaycan millisinin üzvü Ülkər Kərimova ilə müqavilə imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın bir sıra klublarında çıxış etmiş təcrübəli voleybolçu karyerası ərzində İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub, həmçinin dəfələrlə Azərbaycan çempionu adını qazanıb.