Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub.
 




Bu barədə Moderator.az-a Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətindən bildirilib.
 
Yığma qrup mərhələsində keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq finala yüksəlib. U-16 turnirdə "Viktor Sanikidze Academy Basketball" (94:43), "Bakırköy Kartaltepe" (65:54) və "Eskişehir Gelişim Falcons" (54:53) komandalarını məğlub edib.
 
Komanda həlledici qarşılaşmada "Konya Diltaş Basketbol"a 69:73 hesabı ilə məğlub olub.