Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az APA-ya istinadən bildirir ki, qəza Quba-Atuc yolunda qeydə alınıb.






Belə ki, VAZ-2107 markalı avtomobillə "Nissan" markalı avtomobil toqquşub.


Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.