Türkiyə Super Liqasında V tura yekun vurulub.


Moderator.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutub.








"Fənərbaxça" səfərdə "Qaziantep"lə üz-üzə gəlib.


Gərgin keçən görüşdə qol səsi çıxmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.


Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 8-ə çatdıran "Qaziantep" 7-ci pillədə qərarlaşıb. Aktivində 7 xalı olan "Fənərbaxça" isə 11-ci sıradadır.