AFFA İntizam Komitəsi "Kəpəz" klubunu 5000 manat cərimələyib.
 




Moderator.az xəbər verir ki, qərar bu gün keçiriıən iclasda qəbul edilib.
 
Belə ki, sentyabrın 12-də Azərbaycan Premyer Liqasında V turun “Kəpəz”– “Qəbələ” oyununda Gəncə komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 5000 manat cərimələnib.