Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
16 Sep 2026, 11:56 30 baxış 1 dəq oxuma
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər.
Bu barədə Moderator.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Baş məşqçilər Fərhad İsmayılovla Mixail Timofeyevin rəhbərliyi altında yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə iştirak edəcəklər.
Pepinster şəhərində təşkil olunacaq çempionat U-21 yaş kateqoriyasındakı idmançılar və böyüklər arasında keçiriləcək. Sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.