"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.
Moderator.az xəbər verir ki, 28 yaşlı futbolçu sentyabrın 20-də Premyer Liqanın VI turunda "Sumqayıt"la keçiriləcək oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.
O, UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldova adıçəkilən yarışın K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı mübarizə aparacaq.
Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.