Azərbaycan Kubokunun finalı tarixdə ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
 




Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov məlumat verib.
 
O bildirib ki, qərar PFL-in təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı əsasında qəbul olunub.
 
Xatırladaq ki, Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi sabah keçiriləcək.