Avropa Liqasında gecənin nəticələri: "Beşiktaş" və "Yuventus"dan darmadağın
18 Sep 2026, 08:05 33 baxış 1 dəq oxuma
UEFA Avropa Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin I turuna yekun vurulub.
Moderator.az xəbər verir ki, sentyabrın 17-də turun daha 9 qarşılaşması keçirilib.
Gecənin ən böyük hesablı qələbəsini İtaliya “Yuventus”u qazanıb. Turin klubu Niderlandın NEK komandasını 5:0 hesabı ilə məğlub edib. “Kristal Pelas” “Lex Poznan”ı 4:0, “Beşiktaş” isə “Marsel”i 4:1 hesabı ilə üstələyib.