Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq.
 




Moderator.az xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutacaq.
 
Əvvəlcə "Şamaxı" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 16:30-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
 
"Şamaxı" hazırda 6 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 2 xala malik "Araz-Naxçıvan" isə 11-ci pillədədir.
 
Tura Gəncə şəhər şəhər stadionunda yekun vurulacaq. "Sumqayıt" səfərdə "Kəpəz"in qonağı olacaq. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:00-da başlayacaq.
 
"Kəpəz" hazırda 6 xalla 6-cı yerdədir. Cəmi 1 xalı olan "Sumqayıt" isə sonuncu - 12-ci pillədə qərarlaşıb.
 
Misli Premyer Liqası
 
I dövrə, VI tur
 
20 sentyabr
 
16:30. "Şamaxı" – "Araz-Naxçıvan"
 
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
 
VAR: Emin Əliyev.
 
AVAR: Elşad Abdullayev.
 
Hakim-inspektor: Ramil Diniyev.
 
AFFA nümayəndəsi: Emin Cəfərov.
 
Şamaxı şəhər stadionu
 
19:00. "Kəpəz" – "Sumqayıt"
 
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
 
VAR: Fərid Hacıyev.
 
AVAR: Kərim Zeynalov.
 
Hakim-inspektor: Orxan Məmmədov.
 
AFFA nümayəndəsi: Elgiz Abbasov.
 
Gəncə şəhər stadionu.
 
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" isə "İmişli"ni (3:1) məğlub edib.