Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.


Bu barədə Moderator.az-a XİN-dən məlumat verilib.






Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.