Litvanın Kaunas şəhərində "Dariaus və Gireno" stadionunda Azərbaycan millisinin Litva ilə qarşılaşması start götürüb.


Moderator.az xəbər verir ki, UEFA Millətlər Liqası çərçivəsində keçirilən matçı kiprli hakim Antoniu Menelaos idarə edir.







16:08


Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm ilk oyununa çıxır.


Moderator.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 17:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:


Litva: 23. Ciuqas Bartkus, 18. Vilius Armalas, 3. Edqaras Utkus, 2. Artemiyus Tutişkinas, 21. Adrian Liçkunas, 16. Lukas Miçelbrink, 15. Qvidas Gineitis, 13. Yustas Lasitskas (k), 14. Vikintas Slivka, 7. Artur Doljnikov, 10. Armandas Kuçis;


Baş məşqçi: Edqaras Yankauskas


Azərbaycan: 1. Emil Balayev, 3. Rüfət Abbasov, 2. Rəhman Daşdəmirov, 15. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev, 13. Emil Səfərov, 6. Abdulah Xaybullayev, 10. Mahir Emreli, 9. Renat Dadaşov;


Baş məşqçi: Ayxan Abbasov


08:00


Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm ilk oyununa çıxır.


Moderator.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Litva millisi ilə qarşılaşacaq.


Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərindəki "Dariaus və Gireno" stadionunda keçiriləcək.


Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu oktyabrın 1-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.


UEFA Millətlər Liqası


27 sentyabr


D Liqası, II qrup


17:00. Litva - Azərbaycan.