Yəməndə husilərə qarşı mübarizə aparan ərəb koalisiyası ölkənin şimal-qərbində yerləşən Səada şəhərində iki ballistik raket buraxılış qurğusunu məhv etdiyini açıqlayıb.


Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.






Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi əməliyyatlar avqust ayında güclənib. Buna səbəb husilərin rəhbərliyindən ibarət nümayəndə heyətini daşıyan İran təyyarəsinin Səna hava limanına enişi zamanı ər-Riyadın dəstəklədiyi Yəmən hökuməti qüvvələrinin hava limanına hücum etməsi olub.