Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq sentyabrın 28-də Azərbaycana gətiriləcək.
 




Moderator.az xəbər verir ki, qarşılama saat 17:00-da olacaq.
 
Uşaqlar düşərgələrə yerləşdiriləcək.
 
Qeyd edək ki, ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.