Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib.
 




Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Sənədə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:
 
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
 
Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru
 
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
 
Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
 
Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
 
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
 
Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.