"2026-cı ildə əvvəlki dövrlərdən qalmış 9 cinayətin üstünün açılması təmin edilib".
Moderator.az xəbər verir ki, bunu 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, keçmişdə qalan cinayətlərin üstünün açılması prokurorluq orqanlarının Daxili İşlər və Ədliyyə nazirlikləri, eləcə də Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətinin nəticəsidir:
"Dövlətə və vətəndaşlara vurulmuş ziyanın bərpa edilməsi istiqamətində xeyli işlər görülüb. Dövlətə və vətəndaşlara dəymiş zərər ödənilib".