Baş prokuror Kamran Əliyev cari il oktyabrın 7-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında şəhər sakinlərinin qəbulunu keçirəcək.
 




Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
 
Vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.