İranın İranşəhr bölgəsində atışma səsləri eşidilir.


Moderator.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.







Bildirilir ki, "Ceyş əl-Ədl" silahlı qruplaşması İranşəhrin daxilinə doğru hərəkət edir.


Məlumata görə, toqquşmalar zamanı silahlı şəxslərə qarşı mübarizə aparmaq üçün zirehli maşınlar və pulemyotlarla təchiz olunmuş qruplar göndərilib.