Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
 





Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun A.Məhərrəmov, 20 Yanvar, M.Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.