AFFA-nın Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
 




Bu barədə Moderator.az-a qurumdan məlumat verilib.
 
O, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Qazaxıstan – Belarus oyununun UEFA nümayəndəsi olacaq.
 
Görüş oktyabrın 20-də, saat 19:00-da Astana şəhərindəki "Jakpe-Jek Hall"da baş tutacaq.