Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insidentlə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Sərnişinlərin sözlərinə görə, təyyarədəki qarşıdurma bir neçə dəqiqə ərzində ciddi panikaya səbəb olub və bəzi sərnişinlər həyatlarının təhlükədə olduğunu biliblər.


Moderator.az xarici mediaya istinadla xəbər verir ki, hadisənin şahidi olan sərnişinlər təyyarədə yaşananları ağır anlar kimi təsvir ediblər. Onlardan biri vəziyyəti “havada terror hücumu kimi” hiss etdiklərini və təyyarənin qəzaya uğrayacağından qorxduqlarını bildirib.







Hadisədən sonra çəkilən görüntülərdə sərnişinlərdən birinin paltarının qan içində olduğu görünür. Məlumata görə, bəzi sərnişinlər kabinədə yaranan qarşıdurma zamanı ekipaja kömək etməyə çalışıblar.


Şahidlər bildiriblər ki, hadisə zamanı insanlar bir neçə dəqiqə ərzində həyatlarının təhlükədə olduğunu hiss ediblər. Təyyarə daha sonra ikinci pilot və digər sərnişinlər tərəfindən Səudiyyə Ərəbistanının Təbuk şəhərinə endirilib.


İstintaqa yaxın mənbələrin yaydığı versiyaya görə, hadisənin təyyarənin komandirinin özünə və ya təyyarəyə qarşı qəsdən təhlükə yaratması ilə bağlı olması araşdırılır. 


Hadisənin dəqiq səbəbləri və qarşıdurmanın necə başladığı ilə bağlı araşdırma davam edir. Rəsmi istintaqın yekun nəticələri açıqlanmayana qədər irəli sürülən versiyalar təsdiqlənmiş fakt kimi qəbul edilmir.