Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA
30 Sep 2026, 15:45 24 baxış 1 dəq oxuma
Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Moderator.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır", - məlumatda qeyd olunub.