Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.
 




Moderator.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn komandası ilə üz-üzə gələcək.
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
 
D Liqasının 2-ci qrupunun matçını Avstriyadan olan FIFA referisi Kristian Petru Cioçirca idarə edəcək.
 
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Litva seçməsi ilə 1:1 hesablı heç-heçə edib.