UEFA Millətlər Liqasının qrup mərhələsində III tura bu gün start veriləcək.


Moderator.az xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.






A Liqasında Almaniya Serbiyanı, Danimarka isə Portuqaliyanı qəbul edəcək. D Liqasının 2-ci qrupunda yer alan Azərbaycan millisi isə Bakıda Lixtenşteynlə üz-üzə gələcək.


UEFA Millətlər Liqası


III tur


A Liqası


2-ci qrup


22:45. Almaniya – Serbiya


22:45. Yunanıstan – Niderland


Xal durumu: Yunanıstan – 6, Niderland – 4, Almaniya – 1, Serbiya – 0.


4-cü qrup


22:45. Danimarka – Portuqaliya


22:45. Uels – Norveç


Xal durumu: Portuqaliya – 6, Norveç – 3, Danimarka – 3, Uels – 0.


B Liqası


3-cü qrup


22:45. İrlandiya – Avstriya


22:45. İsrail – Kosova


Xal durumu: Avstriya – 6, Kosova – 3, İrlandiya – 3, İsrail – 0.


D Liqası


1-ci qrup


22:45. Malta – Cəbəllüttariq


Xal durumu: Malta – 3 (1 oyun), Cəbəllüttariq – 1 (1 oyun), Andorra – 1 (2 oyun).


2-ci qrup


20:00. Azərbaycan – Lixtenşteyn


Xal durumu: Litva – 4 (2 oyun), Azərbaycan – 1 (1 oyun), Lixtenşteyn – 0 (1 oyun).